Çindən YENİ BƏLA: "H3N8" quş qripinə ilk yoluxma faktı QEYDƏ ALINDI

  • By admin
  • 27 Aprel 2022 09:06

Çində insanların “H3N8” quş qripi ştammına ilə ilk yoluxma halı qeydə alınıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə “BNO News” agentliyi Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyasına istinadla məlumat yayıb.

Bildirilib ki, infeksiya mərkəzi Henan əyalətinin Zhumadian şəhərinin dörd yaşlı sakinində təsdiqlənib. İnfeksiya aprelin 5-də ev quşları ilə təmas nəticəsində baş verib. Uşağın vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib. Xəstəliyə yoluxanların bütün qohumlarının sağlam olduğu bildirilir.

Komissiyanın ilkin qiymətləndirməsinə əsasən, “H3N8” ştammı hələ ki, insanları effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil. Ona görə də genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır.

“H3N8” qripi quşlarda, itlərdə və atlarda olur. İndiyədək virusun bu ştamının insanlara ötürülməsi faktı rəsmi olaraq qeydə alınmayıb. Eyni zamanda, agentlik qeyd edir ki, “H3N8” 1889-1890-cı illərdə 1 milyona yaxın insanın həyatına son qoyan qrip pandemiyasının səbəbi ola bilər.

Gununsesi.info