Çingiz Abdullayev özü yazmır, ona-buna pul verib yazdırır -Əlisa Nicat

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Çingiz Abdullayev 100-dən çox kitabı olan Əlisa Nicatın ağır şəraitdə yaşamasına verdiyi reaksiya birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Çingiz Abdullayev mətbuata açıqlamasında bildirib ki, 84 yaşında olan Azərbaycan Yazıçılar Birliyinin sədri olan Anar qapı-qapı düşüb, yazıçıların vəziyyəti ilə maraqlanası deyil.

Gununsesi.info xəbər verir ki, Əlisa Nicat mətbuata açıqlamasnda bildirib:

“Onun yazdığı detektiv ədəbiyyat deyil, xüsusən bədii ədəbiyyat deyil. Bilirsiniz, onun yazdıqları xaricdə çıxır. Detektiv janrı aşağı səviyyəli beyin tələb etdiyinə görə maraq daha yüksək olur.

Çünki bu janrı cəmiyyətlərdə uzaqgörən olmayan, intellekt səviyyəsi aşağı olan, istedadlı olmayan hər kəs oxuyub başa düşə bilir.

Bu cür adamların oxuması üçün yaxşı kitablardır. Buna görə də dedektiv heç bir zaman ədəbiyyata daxil edilməyib. Amma buna baxmayaraq, çap olunur, çünki alırlar”

Gununsesi.info