Çingiz Abdullayev Prezidentə təşəkkür etdi - Bu proses ədalətlə yekunlaşmalı idi

  • By admin
  • 18 Sentyabr 2020 17:38

“Azərbaycan Prezidenti humanist insandır. O, hər zaman ziyalıların müraciətlərinə müsbət yanaşıb. Biz Tofiq Yaqublu ilə bağlı müraciət edərkən ona edilmiş ədalətsizliyin şahidi idik”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, görkəmli yazıçı Çingiz Abdullayev Tofiq Yaqublunun ev dustaqlığına buraxılması barədə məhkəmə qərarını şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda bəzi hallarda insanlara münasibətdə ədalətsizlik baş verir:

“Ancaq yaxşı haldır ki, bu hallar aradan qaldırılır. Tofiq Yaqublunun azadlığa çıxması təkcə bizim müraciətimizlə bağlı olmasa da, amma biz şad olduq ki, məhkəmə belə bir qərar verdi. Bu proses ədalətlə yekunlaşmalı idi”.

Gununsesi.info