Çingiz İsmayılov vəfat etdi

AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edək ki, Çingiz İsmayılov aprelin 12-i 90 yaşını qeyd edəcəkdi.

Xatırladaq ki, veteran futbolçu 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub.

 

 

Gununsesi.info