Çingiz Mustafayev gündəm yaratdı: Oğlanların çoxu tanışlıq sonrası...

  • By admin
  • 26 Oktyabr 2021 16:46

Hər zaman deyirəm ki, sevən zaman gözləntiniz minimum olmalıdır. Çox uzağa getmədən, öz anamızı nümunə gətirək. Siz ananızı sevməsəniz belə, o, hər zaman sizi təmannasız sevməyə davam edəcək. Mənim üçün əsl sevgi anlayışı təmənnasız sevgidir. Qalan hər şey eqodur.

Gununsesi.info xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev İnstaqramda paylaşdığı videoda deyib. Qadın və kişi münasibətlərini şərh edən musiqiçi qeyd edib ki, insanların çoxu şəxsi münasibətlərində əksər hallarda xoşagəlməz sözlərlə və davalarla çirkinliklər yaradır:

“Əgər sadəcə flört ediriksə, zaman keçiririksə, bunu gözəl etmək lazımdır. Mən fikir vermişəm, əfsuslar olsun ki, oğlanların çoxu tanışlıq sonrası həmən yataq, intim münasibət haqqında fikirləşirlər. Halbuki bütün maraq, gözəllik yolun özündədir, tanıyıb kəşf etməkdədir. Hər hansı bir həyəcanverici görüş, bir-biri ilə açıq olmaq, dürüst olmaq çox vacibdir. Məsələn, restorana doymaq üçün yox, yeməkdən zövq almaq üçün getmək lazımdır”.

Çingiz Mustafayev şəxsi təcrübəsini də bölüşüb:

“Mən də hər kəs kimi sevmişəm, sevilmişəm. Çox şükür, bunu ən gözəl şəkildə yaşamışam. Təbii, geriyə qayıtmaq şansım olsaydı, hər şeyi başqa cür edərdim, amma bu, mənim üçün dərs idi. Münasibətlərdə cütlüklərin 90 faizində problem olub. Bu, özünü sevməmək və sevgi dilənməklə bağlıdır. Əsl sevgi var, bu isə iki özünü sevən insanlar bir araya gələndə olur”.

Gununsesi.info