Çingiz Mustafayevi Kəbədə qorxu bürüdü -VİDEO

Ruhani həyat yaşayan məşhur müğənni Çingiz Mustafayev Kəbəni ziyarət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə sənətçi özü instaqramda video yayıb. Müğənni Kəbəni ziyarət edərkən keçirdiyi hisslərini izləyiciləri ilə bölüşüb:

“Uşaqlıq dönəmlərimdə Məkkəni ancaq şəkillərdə görürdüm, hətta rayondakı evimizdə də divarda məkkənin şəkli var idi. Bu müqəddəs torpaqlara ayaq basdığım üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm. Kəbəyə yaxınlaşmağa başlayanda içimdən heç vaxt hiss etmədiyim və heç vaxt təkrar olunmayacaq hisslər keçirdim. Sanki ürəyimin lotos gülü kimi açılmağa başladı. Hətta bir anlıq qorxu gəldi içimə, elə bildim özümdən gedəcəm. Ruhum bədənimi tərk edəcək. Allah hər kəsə bu gözəl hissləri yaşamağı nəsib etsin”, – deyə Çingiz Mustafayev qeyd edib.

Qeyd edək ki, artıq bir neçə ildir müğənni şou-biznesdən uzaq qalmağa çalışır. Daxili rahatlıq axtarışına çıxan sənətçi bir ilə yaxın Balidə yaşayıb. Pandemiyadan bəri Çingiz Mustafayev həm də musiqi terapiyası və ya müalicəsi kimi tanınan “Sound healing” musiqi janrı ilə məşğul olur.

 

Gununsesi.info