Çingiz Qənizadə: “Referendum payızda keçiriləcək”

  • By admin
  • 19 İyul 2016 14:56

cingiz1

 

“Konstitutsiya Məhkəməsi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi haqqında ölkə başçısının təqdim etdiyi referendumla bağlı təklifə baxır. Bir həftə ərzində Konstitutsiya Məhkəməsi referendumala bağlı öz rəyini ictimaiyyətə açıqlayacaq”. Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda referendum keçirilməsi barədə qərarın verilməsi Prezidentin səlahiyyətlərinə daxil olan məsələdir.

Prezident İlham Əliyev də bu səlahiyyətindən istifadə edərək Konstitusiya Məhkəməsinə müraciət edib: “Ona görə də, prezident bu səlahiyyətlərindən istifadə edərək, Konstitutsiyada islahatlar aparılması məqsədilə Konstitutsiya Məhkəməsi qarşısında belə bir təklif qaldırıb”-, deyə o bildirib.

Millət vəkili hazırda yay fəsli olduğundan, referendumun payızda keçiriləcəyinin istisna edilmədiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda Konstitusiya 1995-ci ildə qəbul olunub. Ötən 20 ildən artıq müddətdə Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər olub. İndi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Hər bir dövlətdə bu cür addımlar atılır. Konstitusiyanın qəbulundan 20 ildən artıq vaxt keçib, zərurət yarandıqca mərhələli şəkildə bu addımlar atılır.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur.

 

Mürtəza Bunyadlı