Çingiz Qənizadə koronavirusdan sağaldı

İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə koronavirusdan sağalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Pravda.az-a Ç.Qənizadə özü məlumat verib.

“Dekabrın 1-də test verərərkən nəticə “pozitiv” çıxdı. COVİD-19 xəstəsi kimi qeydiyyata alınaraq dərhal evdə həkim nəzarətində müalicəyə başladım. Dekabrın 14-də təkrar test verərkən nəticə “neqativ” oldu. Bu xəstəliyə qalib gəldim. Artıq adım portaldan da silinib. İctimai siyasi fəalyyətimə bu həftənin şənbə günündən başlayacam” – Ç.Qənizadə bildirib.

Gununsesi.info