Çingiz xan paytaxt elan etmişdi: Həmin şəhər yenidən dirçəldilir

  • By admin
  • 19 Yanvar 2024 17:35

Monqolustan hökuməti Monqol imperatorluğunun qurucusu və ilk hökmdarı Çingiz xanın paytaxt elan etdiyi Qarakorumun yerində 500 min əhalisi olan yeni şəhər tikmək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, Nazirlər Şurasının açıqlamasına görə, “ağıllı şəhər” əsasında qurulacaq yeni şəhərdən 50 kilometr aralıda Çingiz xanın nəvəsi Möngke xanın adına beynəlxalq hava limanı da tikiləcək.

Bu məqsədlə rayonda 189,4 min hektar torpaq sahəsi özgəninkiləşdiriləcək.

Monqolustan rəhbərliyi Karakorum xarabalıqlarının yerləşdiyi Harhorin şəhərinin 2023-cü ildə “yeni paytaxt” elan edilməsinin planlaşdırıldığını, hökumət və nazirliklərin mərhələli şəkildə yeni şəhərə köçürüləcəyini açıqlayıb.

Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux Monqol imperatorluğunun köhnə paytaxtının 2022-ci ildə bərpası və bu regionda “ölkənin yeni inkişaf mərkəzi”nin yaradılması haqqında fərman imzalayıb.

Gununsesi.info