
“Qəhrəman qardaşımız, şəhidimiz Çingiz Qurbanovun Qusarda son mənzilə yola salınmasında iştirak etdik. Azərbaycanımızın hər tərəfindən qəhrəman şəhidimizlə vidalaşmağa və onun ruhuna dualar oxumağa çoxlu sayda insanlar gəlmişdi”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.
O, qeyd edib ki, bir ata və ananın övladı olaraq dünyaya gələn şəhid Çingiz Qurbanov dünyadan Millətin, Vətənin oğlu olaraq köçdü.
“Ruhu hər zaman aramızda olacaq. Qusarda şəhidimizlə vida mərasimində əziz ata və anasına “Siz artıq bütün millətimiz üçün əziz və dəyərlisiniz. Allah sizin kimi millətimiz üçün qəhrəman oğul və qızlar böyüdən ata-analarımızın sayını daha da bol eləsin. Hər zaman yanınızdayıq” dedik.
Allahdan şəhid qardaşımıza bir daha rəhmət diləyirik, məkanı cənnət olsun!”-deyə, millət vəkili sonra qeyd edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info