““Cini şüşədən çıxaran” Qərbdir” - Putin

“Cini şüşədən çıxaran”ın Qərb olduğunu dünyada heç kim unutmayıb”.

Gununsesi.info  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada “Qostinoy dvor”da Federal Məclisə müraciəti zamanı bildirib.

O qeyd edib ki, Qərb Ukraynanı böyük müharibəyə hazırlayırdı və bu gün bunu etiraf edir: “Müharibəni Qərb başlatdı və biz onu dayandırmaq üçün güc tətbiq edirik. Biz öz evimizi və insanların həyatını qoruyuruq. Lakin Rusiya Qərblə konstruktiv dialoqa açıqdır və uzun illərdir birgə təhlükəsizlik sistemi üzərində işləməyi təklif edir”.

Gununsesi.info