“Hazırda 370-dən çox Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir, Çinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 950 milyon ABŞ dollarını ötüb”.
Gununsesi.info xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin “Xalq gündəliyi” qəzetinə müsahibəsində deyib.
Baş nazirin müavini bildirib ki, tərəflər yaşıl enerji, ağıllı enerji şəbəkələri, elektrik avtobusları, sənaye parkları kimi sahələrdə mühüm nəticələr əldə edib.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan rəqəmsal transformasiyanı dövlət idarəçiliyi, biznesin inkişafı və ictimai xidmətlərin modernləşdirilməsinin mühüm istiqaməti kimi müəyyənləşdirib: “Çinin rəqəmsal iqtisadiyyat, ağıllı şəhər quruculuğu və yaşıl-aşağı karbonlu inkişaf sahəsində qabaqcıl təcrübəsini öyrənmək və iki ölkə arasında strateji əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik.”













