Çinin cənub-qərbində yanğın Va xalqının kəndini məhv edib

  • By admin
  • 14 Fevral 2021 22:20
Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində ənənəvi həyat tərzi sürən kiçik Va xalqının yaşayış məntəqəsi yanğın nəticəsində tamamilə məhv edilib.

Gununsesi.info TASS-a istinadən verdiyi məlumata görə, yanğın Vendin kəndində baş verib.

Hadisə yerində yanğınsöndürənlər və polis işləyir. Yanğının səbəbləri dəqiqləşdirilir, araşdırma aparılır.

Bildirilir ki, qəsəbə sakinlərinin gəlirlərinin əsas hissəsini “itidai cəmiyyətin yaşam tərzini” görməyə gələn turistlər təmin edib.

Gununsesi.info