Çinin casus şarı Latın Amerikası üzərindən uçub - Blinken Çinə səfərini ertələdi/ VİDEO

Amerika qitəsinin ərazisi üzərində daha bir Çin kəşfiyyat balonu müşahidə edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqondan verilən məlumatda deyilir. Xəbərə görə, Latın Amerikası ərazisi üzərində Çin casus şarının uçduğunu qeydə alınıb:

“Biz Latın Amerikası üzərindən uçan bir şarla bağlı xəbərlər alırıq. İndi inanırıq ki, bu, başqa bir Çin kəşfiyyat şarıdır”, – Pentaqonun sözçüsü bildirib.

Buna baxmayaraq, Pentaqon ABŞ ərazisində görünən ilk Çin casus şarını vurmamışdı , çünki o cəsus şarı qəfil təhlükə yaratmamışdı.

ABŞ dövlət katibi Entoni Blinken, Pentaqonun ABŞ üzərində Çinə məxsus casus şarının aşkar olduğundan sonra Çinə səfərini təxirə salıb. Blinkenin səfərinin fevralın 5-i və ya 6-da baş tutacağı planlaşdırılırdı. O, çinli həmkarı ilə və hətda ola bilsin ki, prezident Si Cinpinlə görüşməli idi.

Çin hava şarının mülki olduğunu bildirib.

Çin iddia edib ki, hava şarı qərb küləklərinin təsiri altında planlaşdırılan marşrutdan kənara çıxan Çin “mülki dirijabl”dır. Çin Xarici İşlər Nazirliyi əmin edib ki, bu şar “ilk növbədə meteoroloji” məqsədlər üçün istifadə olunub. Bəyanatda insident “gözlənilməz vəziyyət” adlandırılıb və Pekinin Amerika tərəfi ilə əlaqə saxlamağa davam edəcəyi bildirilib.

Adil Elxanoğlu
Gununsesi.info