Çinin hərbi büdcəsi 178 milyard ABŞ dolları təşkil edəcək

  • By admin
  • 22 May 2020 09:55
Çin bu il ölkənin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini 6,6 faiz çoxaltmağı planlaşdırıb.
Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, ölkənin 2020-ci il üçün müdafiə xərcləri 178,8 milyard ABŞ dolları səviyyəsində müəyyənləşdirilib.
Bildirilir ki, artım ölkənin milli təhlükəsizliyinin yaxşılaşdırılmasına və orduda islahatların davamının təminatına yönəldiləcək.
“Müdafiə və silahlı qüvvələr sahəsində islahatlar dərinləşdirilməli, ordunun silahlandırılması artırılmalı, müdafiə sahəsində elmi və texnikanın innovativ inkişafı təbliğ olunmalıdır”-deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, Çinin 2019-cu il üçün müdafiə xərcləri 1,19 trilyon yuan (177,61 milyard ABŞ dolları) səviyyəsində olub.
Gununsesi.org