Çinin raketi İspaniyanı qorxuya saldı

  • By admin
  • 04 Noyabr 2022 20:07

İspaniya hava məkanının bir hissəsini bağlayıb.

Gununsesi.info “HaberGlobal”-a istinadla xəbər verir ki, buna səbəb Çinin nəzarətdən çıxan raketidir.

Çinin kosmosa göndərdiyi raket geri dönərkən idarəetmədən çıxıb. Onun Yer kürəsinin hansı hissəsinə düşəcəyi məlum deyil.

Bu da İspaniya hökumətini qorxudub və müəyyən tədbirlər görməyə vadar edib.

“Long March 5B” adlı daşıyıcı raket saatda 28 min kilometr sürətlə yerə yaxınlaşır.

Gununsesi.info