Çinli milyarder yoxa çıxıb

  • By admin
  • 10 Mart 2023 11:16

Müştəriləri arasında Tencent, Alibaba və Baidu kimi internet nəhənglərinin də olduğu və Çinin texnologiya sənayesinin ən önəmli adlarından biri olan China Renaissance Holdings-in qurucusu milyarder Bao Fan ötən ay yoxa çıxıb.

Bu barədə Gununsesi.info Qərb mediasına istinadən bildirir.

Məlumata görə, Baonun yoxa çıxması şirkətin “Çin Xalq Respublikasında bəzi səlahiyyətlilər tərəfindən aparılan araşdırma ilə əməkdaşlıq etdiyini” elan etməsindən bir neçə gün əvvəl baş verib.

Hələlik araşdırmanı hökumətin hansı qolunun apardığı, istintaqın nə ilə bağlı olduğu və onun Bao ilə hansı əlaqələri olduğu barədə heç bir açıqlama verilməyib.

Son illərdə bəzi çinli iş adamları, o cümlədən Alibaba-dan Cek Ma yoxa çıxıb.

Bundan başqa  hökumət əleyhinə nümayişlərdə və ya insan haqları aksiyalarında iştirak etdikdən sonra yoxa çıxan Çin vətəndaşları da var, baxmayaraq ki, onlar milyarderlər qədər diqqət çəkmirlər.

 

Tərcümə:

Mais