Cinsi orqanını böyütmək istəyən kişi faciəvi şəkildə ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə Almaniyanın Solingen şəhərində baş verib və hadisə beynəlxalq ictimaiyyətin gündəmində olub.
Belə ki, adı açıqlanmayan kişi cinsiyyət orqanını böyütmək üçün plastik cərraha müraciət edib.
Pilləkənlərin altında işləyən plastik cərrah əməliyyat zamanı istifadə etdiyi silikon material və digər tibbi cihazlar səbəbindən kişinin ölümünə səbəb olub.
Saxta plastik cərrahın istifadə etdiyi silikon maddə 32 yaşlı xəstənin qanına sızıb.
Adı açıqlanmayan 32 yaşlı kişi əməliyyatdan sonra həyatına davam edib. Lakin əməliyyatdan sonra baş verən qan zəhərlənməsi, böyrək və qaraciyər çatışmazlığından 7 ay sonra dünyasını dəyişib.
Məlumata əsasən adı açıqlanmayan şəxsin ailəsi isə Torben adlı saxta həkim haqqında məhkəməyə müraciət edib. Ölən xəstənin 29 yaşlı bacısı cinayət işi qaldıraraq, qardaşının internet üzərindən Torben adlı “həkim”lə anlaşdığını bildirib.
Nəticədə məlum olub ki, Torbenin həkim olmadığı, diplomunun isə saxta olduğu və əməliyyatları evdə etdiyi aydın olub.
“Sadəcə xəstənin məndən istədiyini etdim”– deyə saxta həkim Torben özünə bəraət qazandırmağa çalışıb.
Qeyd edək ki, Torben 5 il həbs cəzasına məhkum edilib.
Tərcümə
Şəbnəm
Gununsesi.info