Tərcümə: Arzu

Tanınmış erməni manken Armine Harutyunyan VoMA silahlı təşkilatına qatıldığını açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Gucci” markasının modeli olan Harutyunyan Azərbaycanla mübarizə aparacaqlarını bildirib.
Terror düşərgəsində aldığı dərslərin görüntülərini paylaşan erməni model əlində silah atış təlimləri edərkən görünür.
Erməni modelin qatıldığı VoMA təşkilatında PKK və ASALA terrorçuları da var. VoMA təşkilatının kanalında verdiyi müsahibəsində Azərbaycana hücum edəcəklərini bildirib.
Silahlı terrorçu qrup Azərbaycanla amansız mübarizəyə hazırlaşdıqlarını bildirib.
Onlar hədəflərində Türkiyənin də olduğunu vurğulayıblar.
VoMA silahlı qruplaşması 18-55 yaşları arasında olanları muzdlu şəkildə sıralarına qəbul edir.