
Müəllimə talassemiya xəstəsi olan övladının müalicəsi üçün xeyirxah insanlardan yardım istəyir.
Gununsesi.info xəbər verir ki, Hacıqabul rayon sakini, orta məktəbdə müəllimə işləyən Ellada İsmayılova talassemiya xəstəliyindən əziyyət çəkən 13 yaşlı oğlu Əbülfəzin müəlicəsi ilə bağlı çox çıxılmaz durumla üzləşib.
O, maddi imkanı olmadığından oğlu Əbülfəzin müalicəsini apara bilmir. Orta məktəbdə müəllimə işlədiyindən maaşının az olduğundan övladının normal müalicəsini davam etdirə bilmədiyindən, övladının ciddi əziyyət çəkdiyini bildirib. Müəllimə qeyd edib ki, övladının ilik əməliyyatı üçün 130 min dollar lazımdır.
Ellada İsmayılova sosial şəbəkə vasitəsi ilə müraciət edərək xeyirxah və mərhəmətli insanların onun övladının sağalmasına dəstək verməsini acizanə şəkildə xahiş edir.
Gununsesi.info