Ciyərini qardaşına verən müğənninin vəziyyəti ağırlaşdı

  • By admin
  • 08 İyun 2022 10:42

Bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyovanın səhhəti ağırlaşıb.

Gununsesi.info Bakı.vs-yə istinadən xəbər verir ki, sənətçinin Türkiyədə həyata keçirilən əməliyyatından sonra vəziyyəti hər ötən gün daha da pisləşib. Bu səbəblə də ifaçı təcili olaraq reanimasiyaya yerləşdirilib.

Kamran Kərimbəyovun səhhəti isə yaxşılaşmağa doğru gedir.

Qeyd edək ki, Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkirdi.

Gununsesi.info