ÇL-də möhtəşəm final bu gün oynanacaq: Real-Atletiko

  • By admin
  • 28 May 2016 10:57

Madrid derbisi

 

Bu gün Avropanın ən güclü futbol klubunu müəyyən olunacaq. Gununsesi.info xəbər verir ki, bununla da Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulacaq.  

Həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası  – “Real” və “Atletiko” üz-üzə gələcək.
İtaliyanın Milan şəhərindəki “San-Siro” stadionunda keçiriləcək Madird derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
İspaniya Liqasında mövsümü ikinci və üçüncü pillədə başa vuran bu komandaların oyunu maraqla gözlənilir.
Sonuncu dəfə iki il əvvəl Çempionlar Liqasının qalibi olan “Real” finalda məhz “Atletiko”ya qalib gəlmişdi. Buna görə də “Atletiko”nun həm də revanş oyununa çıxacağını demək olar.

Gununsesi.info