
CNN televiziyasının rəhbərliyi Rusiya ilə bağlı xəbərlər üzərində nəzarəti artırmağa qərar verib.
Axar.az xəbər verir ki, CNN Money-in baş redaktoru Riç Barbieri redaktorlarına göndərdiyi bir məktubda bu ifadələri işlədib:
“Kimsə mənim və Ceyson Farkasın razılığı olmadan Rusiya ilə bağlı xəbərləri yayımlaya bilməz. Bu həm ictimai media, həm video xəbərlər, həm də məqalələrə aiddir. Heç bir istisna olmayacaq”.
Qeyd edək ki, sözügedən qərar CNN-nin ABŞ Prezidenti Donald Trampın komandasında olan iqtisadçı Antoni Saramusinin Rusiya Birbaşa İnvestisiya Fondunun rəsmiləri ilə əlaqələrinin olması xəbərindən sonra verilib.
Gununsesi.info