CNN: Qəzzada girovların azad edilməsi üçün danışıqlar həlledici mərhələyə daxil olub

  • By admin
  • 14 Fevral 2024 07:45

Qəzza zolağında girovların azad edilməsi və anklavda atəşkəsin yaradılması ilə bağlı razılaşma üzrə danışıqlar həlledici mərhələyə qədəm qoyub, qarşıdakı 24 saat sövdələşmə üçün son dərəcə vacib olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN HƏMAS-dakı mənbəyə istinadən məlumat yayıb.

“24 saat ərzində mənzərə daha aydın olacaq. Danışıqçılar atəşkəs, hər iki tərəfdən əsir mübadiləsi prosesinin başlanması, ərzaq, dərman və malların çatdırılması ilə bağlı anlaşmaya nail olmaq üçün aydın və güclü niyyətə malikdirlər”, – mənbə bildirib.

Hazırda Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məşvərət görüşü keçirilir.

Burada Fələstin sektorunda münaqişə tərəfləri arasında Qəzzada radikalların əlində olan girovların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşma, habelə anklavda atəşkəs rejiminin yaradılması perspektivləri müzakirə olunur.

Gununsesi.info