Co Bayden İran üzərində qələbədən danışdı

ABŞ prezidenti Co Bayden İran millisini minimal hesabla məğlub edən ABŞ yığması haqda danışıb.

Gununsesi.info xəbər verir ki, ölkə rəhbəri DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanmaq münasibətilə milli komandanı təbrik edib:

“Məşqçi və futbolçularla danışanda dedim ki, siz bacaracaqsız. Həqiqətən də, onlar bunu bacardılar. ABŞ birdir, İran sıfırdır! Oyun bitdi!”

B qrupunda ABŞ 5 xal toplayaraq, DÇ-2022-nin pley-off mərhələsinə adını yazdırıb. Onlar 1/8 finalda Niderland milli komandası ilə qarşılaşacaq.

Gununsesi.info