Çoban bir ailə tərəfindən vəhşicəsinə qətlə yetirilib - FOTOLAR

  • By admin
  • 27 Dekabr 2016 10:16
qetl1
Biləsuvarda Yardımlı sakini  həmkəndliləri tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Gununsesi.info xəbər verir ki, Biləsuvar rayonunun Muğan adlanan Obalıq ərazisində əslən Yardımlı rayonunun Alar kəndindən olan 28 yaşlı Nabil İlham oğlu Rəhmanov  sübh tezdən mal-qarasını otarmaq üçün evdən çıxıb. Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabilin axtarışına başlayıblar. Nabilin meyiti qonşuluqda yaşayan başqa bir çobanın həyətində tapılıb. 
Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanları cəlb edilib. N. Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Mərhumun atası İlham Rəhimovun sözlərinə görə, oğlunu həmkəndliləri bıçaqlayaraq qətlə yetirib: “Nabil elə həmkəndliləri  Fəqan, Xosrov, Sarvan Orucəliyevlər və onların bacısı Dilarə  Orucəliyeva tərəfindən  bıçaqlanaraq qətlə yetrlib.
Hadisə ilə bağlı Fəqan Orucəliyev və onun bacısı Dilarə Orucəliyeva Polis tərəfindən saxlanılıb. Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
qetl
Gununsesi.info