Bir müddətlik fasilədən sonra 3-dəfə çəkilməyə başlanan “Çocuklar duymasın” serialının aktyorlarından Vatan Şaşmazın öldürülməsindən sonra, serialda rol almış daha bir aktyor barədə üzücü xəbər yayılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda bir müddət “Dursun” obrazını canlandırmış Ərcümənt Balakoğluna dil xərçəngi diaqnozu qoyulub.
80 yaşlı aktyor dilində çıxan yaralara görə əməliyyat edilib, daha sonra radioterapiya müalicəsi alıb.
Aktyorun yaxın günlərdə kimyaterapiyaya da başlayacağı bildirilir.
Gununsesi.info