Cocuq Mərcanlıya köç bu həftə başa çatacaq

  • By admin
  • 10 İyul 2017 15:40

Cocuq Mercanlı

Bu günədək 30-a yaxın ailə Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə köçürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə azvision.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. 

Komitə rəsmisi bildirib ki, bu həftə ərzində Cocuq Mərcanlı sakinlərinin köçürülməsi tam olaraq başa çatacaq.

Qeyd edək ki, Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Gununsesi.info