“Cocuq Mərcanlı bu ilin sentyabr ayında ilk şagirdlərini qəbul etməyə hazır olacaq” - TƏHSİL NAZİRİ

  • By admin
  • 15 Mart 2017 10:30

mikayil

Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycanın cəbhə bölgəsində yaşayan şagirdləri hədəfə alır.

Gununsesi.info məlumat verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında deyib.

M.Cabbarov bildirib ki, 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs əldə olunsa da, Ermənistan tərəfi daim atəşkəs rejimini pozur və bu zaman şagirdlərin hədəfə alınması geniş vüsət alıb:

“Şagird Fariz Bədəlovun ermənilər tərəfindən snayper ilə qətlə yetirilməsi yadımızdadır. Ötən ilin aprel ayında erməni təxribatları nəticəsində də şagirdlər hədəfə alındı”.

M.Cabbarov vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi ölkəmizdə təhsil sahəsinə də ciddi ziyan vurub:

“İşğal olunmuş ərazilərimizdə 700-ə qədər təhsil müəssisəsi dağıdılıb”.

M.Cabbarov onu da deyib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri diqqət mərkəzində saxlanılır:

“Ali təhsil müəssiələrində təhsil alan qaçqın və məcburi köçkün uşaqların təhsil haqqı dövlət büdcəsindən ödənilir. Son 12 ildə ölkədəki məktəblərin 70 faizi təmir olunub və yenisi tikilib. Cocuq Mərcanlı kəndində yaşayış evləri ilə yanaşı məktəb binasının tikintisinə də başlanılıb və bu ilin sentyabr ayında ilk şagirdlərini qəbul etməyə hazır olacaq”.

Mürtəza

Gununsesi.info