“Cocuq Mərcanlı ilə bağlı addımlar “Repatrasiya haqqında” qanunun hazırlanmasını sürətləndirəcək” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 26 Yanvar 2017 23:52

hadi

Ölkə başçısının işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı, qaçqın və məcburi köçkünlərin geri dönməsi “Repatrasiya haqqında” yeni qanun layihəsinin hazırlanması istiqamətində aparılan işləri sürətləndirəcək.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli adıçəkilən komitənin yaz sessiyası ilə bağlı yanvarın 26-da  keçirilən iclasında söyləyib.

Komitə sədri ölkə Prezidentinin adıçəkilən sərəncamının çox yüksək və tarixi əhəmiyyətli sənəd olduğunu bildirib.

“Bildiyiniz kimi, repatrasiya ilə bağlı qanun layihəsi çoxdan bəri bizim gündəmimizdədir. Bu haqda da zaman-zaman danışmışıq. Ancaq Cocuq Mərcanlı ilə bağlı atılan addımlar repatrasiya ilə bağlı sənədə yenidən dönməni zəruri edir. Biz bu sənədə də yenidən dönməli, onun hazırlanmasını və müzakirələrə çıxarılmasını sürətləndirməyik. Bu sənədin də qəbuluna böyük ehtiyac var”-deyə, komitə sədri sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info