Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı çökən tunelin dağıntıları altında 17 gün qalmış işçilər üçün aparılan incə əməliyyat başa çatıb.
Gununsesi.info xəbər verir ki, Hindistan hökuməti əməliyyatın başa çatdığını və 41 işçinin hamısının xilas edildiyini bildirib.
İşçilər ərazidə gözləyən 41 təcili yardım maşınına aparılaraq xəstəxanaya göndərilib.
Hindistanın baş naziri Narendra Modi X sosial media platformasında yaydığı açıqlamada xilasetmə işlərində iştirak edən hər kəsə təşəkkür edib və səylərin təhlükəsiz keçməsindən məmnun olduğunu qeyd edib.
Noyabrın 12-də Hindistanda yol işləri zamanı tikilməkdə olan tunelin bir hissəsi dağılıb, oksigen və qida boru vasitəsilə sıxışmış 41 işçiyə çatdırılıb.
Qazma maşınlarının zədələnməsi ilə əlaqədar xilasetmə işləri 7-ci gün dayandırılıb, noyabrın 21-də qapalı qalan işçilərlə əlaqə yaradılıb.
Gununsesi.info