Çökən 7 mərtəbəli binanın altından uşaq belə xilas edildi -FOTO/VİDEO

Türkiyədə baş verən 7.7 bal gücündəki dəhşətli zəlzələdə dağıntılar altında qalan uşaq xilas edilib.

Gununsesi.info xəbər verir ki, 10 saatlıq axtarış-xilasetmə işlərinin ardından qız uşağı sağ olaraq tapılıb.

Uşaq 7 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.

Qeyd edək ki, bu gün səhər Türkiyədə baş verən zəlzələdə minə yaxın insan ölüb, 5 mindən çox insan yaralanıb.

Gununsesi.info