Cokoviç ABŞ Açıq çempionatında yarımfinala vəsiqə qazanıb

  • By Admin08
  • 03 Sentyabr 2025 09:07

Serbiyalı məşhur tennisçi Novak Cokoviç ABŞ Açıq çempionatında yarımfinala vəsiqə qazanıb.

Gununsesi.info xəbər verir ki, 38 yaşlı idmançı 1/4 finalda ABŞ-dən olan Teylor Fritslə üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin 3:1 (6:3, 7:5, 3:6, 6:4) hesablı qələbəsi ilə bitib.

O, finala gedən yolda ispaniyalı Karlos Alkarasla qarşılaşacaq.