
Bir neçə gün bundan əvvəl “YouTube” səhifəsi açan Hollivud ulduzu Ancelina Colinin hesabı bağlanıb. Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, paylaşım platformasının rəhbərliyi tərəfindən rəsmi olaraq tanınan səhifə səbəbsiz yerə silinib.
44 yaşlı aktrisanın 4 min abunəçisi olan “Youtube”sinə girənlərə “Bu səhifə paylaşım platformasıın siyasətini pozduğu üçün ləğv edilib” –deyə xəbərdarlıq qeyd olunur.
Xatırladaq ki, kino ulduzu artıq “Youtuber” kimi fəaliyyət göstərəcəyini açıqlamışdı.
Gununsesi.org