Conson Əliyevə məktub yazıb

Gununsesi.info xəbər verir ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson IX Bakı Qlobal Forumunun başlaması münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Böyük Britaniya Səfirliyinin məlumatına görə, Conson forumun “Rusiyanın Ukraynanı qanunsuz işğalına” diqqət yetirməsinə görə təşəkkür edir, Azərbaycanın bərpaolunan enerjiyə keçidini və Avropa enerji təhlükəsizliyində oynadığı rolu dəstəkləyir, Azərbaycanı iqtisadi bərpa və NATO-ya Əfqanıstanda verdiyi dəstəyə görə təbrik edir.

HTML tutorial

Britaniyalı nazir həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin həyata keçirilməsində mina təhlükəsini qeyd edərək, britaniyalı mütəxəssislərin azərbaycanlı həmkarları ilə birlikdə bu təhlükələrin aradan qaldırılması üzərində işlədiyini vurğulayıb.

“Azərbaycanın yeni minaların yerləşdirilməsinə yol verməmək öhdəliyi götürməsi və piyada əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyanı imzalaması bu torpaqlarda sülhün bərqərar olması və sakinlərin uğurla bu ərazilərə köçürülməsi yolunda böyük addım olardı, həmçinin regional liderliyi (Azərbaycanın) nümayiş etdirərdi”, deyə britaniyalı baş nazir yazıb.