Conson Kiyevə gedəcək

  • By admin
  • 21 Mart 2022 12:10

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenski ilə şəxsi görüş üçün Kiyevə təcili səfər etməyi düşünür.

Gununsesi.info xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniyanın baş naziri bu yolla Rusiya ilə müharibədə Ukraynaya dəstək nümayiş etdirmək niyyətindədir. O, rəsmilərdən Prezident Vladimir Zelenski ilə danışıqlar üçün Ukraynanın paytaxtına səfərin praktikliyini və digər detalları öyrənməyi xahiş edib. Xəbərdarlığa baxmayaraq, Conson “mümkünsə, getmək istəyirəm” deyib.

“Əgər biz kifayət qədər vacib olan təhlükəsizlik mülahizələrini rədd etsək, sual ondan ibarətdir ki, ölkəyə şəxsən səfər etməklə əldə edilə biləcək əlavə bir şey varmı, yoxsa bu, sadəcə olaraq həmrəylik nümayişi olacaq?” – mənbə bildirib.

Eyni zamanda, nəşr qeyd edir ki, Kiyev vilayətinin rayonlarından birinin gecə atəşə tutulması baş nazirin səfəri zamanı onun təhlükəsizliyini təmin etməyin nə qədər çətin olacağını göstərir.

Gununsesi.info