Conson məktəblərin sentyabra qədər yenidən açılmasını milli prioritet elan edib

  • By admin
  • 09 Avqust 2020 14:43

Böyük Britaniyanın Baş Naziri Boris Conson məktəblərin sentyabra qədər yenidən açılmasının milli prioritet olduğunu bildirib.

Gununsesi.info-nun verdiyi xəbərə görə, Baş Nazir lazım gələrsə, məktəblərin yenidən açılması üçün bölgələrdə yenidən mağazalar, pub və restoranların bağlana biləcəyini bəyan edib.

Conson qeyd edib ki, məktəblərin zəruri olduğundan daha uzun bir müddətə bağlı saxlamaq mənəvi cəhətdən əlverişsiz, iqtisadi cəhətdən məqbul deyil: “Məktəblərin növbəti ay açılması milli prioritet və mənəvi borcdur”.

 

 

Gununsesi.info