Conson NATO-nun baş katibi olacaq?

  • By admin
  • 27 İyul 2022 23:15
Britaniya Mühafizəkarlar Partiyasının yetkililəri yaxın vaxtlarda boşalacaq NATO-nun baş katibi postuna keçmiş baş nazir Boris Consonun namizədliyinin irəli sürülməsinin tərəfdarıdırlar.
Gununsesi.info xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri bildirib.
NATO-nun hazırkı rəhbəri Yens Stoltenberqin gələn ilin sentyabrında istefa verəcəyi gözlənildiyi üçün Conson bu posta əsas namizəd kimi nəzərdən keçirilir.
Conson, müdafiə naziri Ben Uolles, keçmiş baş nazirlər Tereza Mey və Devid Kemerondan sonra bu vəzifəyə seçilən ən son britaniyalı siyasətçi ola bilər.
Qəzet yazır kii, üzv ölkələrin yekdilliklə təyin etdiyi NATO baş katibi vəzifəsini tutmaq üçün Conson deputatlıqdan getməli olacaq.
Qeyd edək ki, ABŞ-ın bu vəzifəni hər hansı Avropa İttifaqı xadiminə etibar etməməsi səbəbindən Consonun namizədliyi çoxdandır bu posta irəli sürülür. Böyük Britaniyaya Baltikyanı dövlətlər də etibar edir. Conson isə Vladimir Putinə qarşı beynəlxalq koalisiya yaradılmasına şəxsən kömək etdiyi üçün beynəlxalq nüfuz qazanıb.
GUNUNSESİ.İNFO