
Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskinin əsas müttəfiqlərindən birinə çevrilib.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson BBC-nin sənədli filmində Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Ukraynaya müdaxiləsi öncəsi telefon danışığı zamanı onu raketlərlə hədələdiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqqda məlumatı BBC-in sənədli filmində bildirilib.
Müharibə başlamazdan əvvəl Putinin dünya liderləri ilə ünsiyyətini əks etdirən film bazar ertəsi axşam saatlarında yayımlanacaq.
“Bir anda o, məni bir növ hədələyib və dedi: “Boris, mən səni incitmək istəmirəm, ancaq bir raketlə bu, cəmi bir dəqiqə çəkəcək” – Conson Putindən sitat gətirib.
Putin və Conson arasında olan uzun telefon danışığında, Putin Consona Ukraynada müharibənin fəlakətli olacağı barədə xəbərdar etmişdi.
Conson həmçinin Rusiya prezidentinə Ukraynanın yaxın vaxtlarda NATO-ya üzv olmayacağını çatdırmağa çalışıb və ona xəbərdarlıq edib ki, hər hansı işğal Rusiya sərhədlərində “daha çox NATO” demək olacaq.