Conson: ” Putin mənə raketlərlə hədələyib “

Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskinin əsas müttəfiqlərindən birinə çevrilib.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson BBC-nin sənədli filmində Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Ukraynaya müdaxiləsi öncəsi telefon danışığı zamanı onu raketlərlə hədələdiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqqda məlumatı BBC-in sənədli filmində bildirilib.

Müharibə başlamazdan əvvəl Putinin dünya liderləri ilə ünsiyyətini əks etdirən film bazar ertəsi axşam saatlarında yayımlanacaq.

“Bir anda o, məni bir növ hədələyib və dedi: “Boris, mən səni incitmək istəmirəm, ancaq bir raketlə bu, cəmi bir dəqiqə çəkəcək” – Conson Putindən sitat gətirib.
Putin və Conson arasında olan uzun telefon danışığında, Putin Consona Ukraynada müharibənin fəlakətli olacağı barədə xəbərdar etmişdi.

Conson həmçinin Rusiya prezidentinə Ukraynanın yaxın vaxtlarda NATO-ya üzv olmayacağını çatdırmağa çalışıb və ona xəbərdarlıq edib ki, hər hansı işğal Rusiya sərhədlərində “daha çox NATO” demək olacaq.

Putindən gələn təhdidlərin nə dərəcədə ciddi olduğu bilinmir, lakin Rusiyanın Böyük Britaniyaya qarşı əvvəlki hücumlarını, o cümlədən Solsberidə Skripallar ailəsinin zəhərlənməsini nəzərə alsaq, Rusiya liderinin hər hansı təhdidinin Conson tərəfindən ciddi qəbul edildiyini BBC müxbirləri tərəfindən bildirilib
Tərcümə: Adil Elxanoğlu
Gununsesi.info