Conson Rusiyanı maksimum iqtisadi itkilərlə HƏDƏLƏDİ

  • By admin
  • 10 Mart 2022 09:31

Böyük Britaniyanın baş naziri Boris Conson sanksiyaları sərtləşdirəcəyini və Rusiyaya maksimum iqtisadi itkilər verəcəyini vəd edib.

Gununsesi.info xəbər veir ki, Conson bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı bildirib.

O, xüsusilə, Ukraynanın müdafiəsi üçün zəruri olan hərbi texnikanın təmin edilməsi ilə bağlı Böyük Britaniya tərəfindən görülən işlərdən” danışıb.

Tərəflər Rusiya hərbçilərinin Mariupoldakı doğum evinə hücumunu da müzakirə ediblər:

“Hər iki lider Mariupoldakı doğum evinə edilən dəhşətli hücumu və humanitar dəhlizlərdə Rusiyanın atəşkəs razılaşmalarına əməl edilməməsini pisləyib. Baş nazir bunun daha bir sübut olduğunu bildirib. Putin beynəlxalq humanitar hüquqa etinasızlıqla yanaşır”.

Baş nazir Britaniyanın Ukrayna xalqına sarsılmaz dəstəyini bir daha təsdiqləyərək, prezident Zelenskinin Britaniya xalqının heyranlığına və sevgisinə layiq olduğunu söylədiib.

Xatırladaq ki, bir gün əvvəl Böyük Britaniyanın xarici işlər naziri Liz Trass da oxşar bəyanatlarla çıxış etmişdi. O, Rusiyanı beynəlxalq SWIFT sistemindən tamamilə ayırmağın, eləcə də “Yeddilik” qrupunun Rusiya neftindən imtinasının zəruriliyini vurğulayıb.

Gununsesi.info