Conson Ukraynada səfərdədir

  • By admin
  • 01 Fevral 2022 20:08

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayana rəsmi səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Ukrayna 24” telekanalı məlumat yayıb.

Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacağı gözlənilir.

Bildirilir ki, görüşün əsas mövzuları təhlükəsizlik, gərginliyin azaldılması yolları, eləcə də hərbi-texniki əməkdaşlıq olacaq.

 

 

Gununsesi.info