Conson Zelenskiyə səslənib: “Danışıqlarda ehtiyatlı olun! Putin yalançı və təcavüzkardır!”

  • By admin
  • 02 Aprel 2022 15:47

“Sizi taqətdən salmaq və güzəştlərə getməyə məcbur etmək istəyirlər”

 

Böyük Britaniya ABŞ, Fransa və Almaniyanın Ukraynanı “Rusiya ilə sülh danışıqlarında xeyli güzəştlərlə nizamlanmaya” sövq edə biləcəyindən narahatdır.

Gununsesi.info xəbər verir ki, bu barədə  “The Times” nəşri məlumat verib.

Hökumətdə olan yüksək vəzifəli məmur bəyan edib ki, müttəfiqlərin tezliklə sülh sazişinin bağlanmasına “həddən artıq” səy göstərməsindən narahatlıq var.

Mənbə əlavə edib ki, nizamlanma yalnız o zaman baş verə bilər ki, Ukraynanın mövqeyi maksimal olaraq güclü olsun.

Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, Putin “yalançı və təcavüzkardır”, o, danışıqlardan “sizi taqətdən salmaq və güzəştlərə getməyə məcbur etmək” məqsədilə istifadə edir.

Həmçinin məlumdur ki, Zelenskinin özü də danışıqların gedişindən və Moskvanın danışıqlardan Ukraynada öz gücünü artırmaqdan narahatdır”.

Gununsesi.info