Consonu devirib yerinə keçmək istəyən şəxs kimdir? – Şok iddia

İstefasını açıqlayan Böyük Britaniya Baş naziri Boris Consonun tərəfdarları keçmiş maliyyə naziri Rişi Sunakın onun postunu tutmasına mane olacaqlar.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Consona yaxın mənbələrə istinadən yazıb.

Consonun yaxınları Sunakı xəyanətdə ittiham edirlər.

Adını açıqlanmayan bir mənbə nəşrə deyib: “Rişi baş naziri devirmək yolunda liderlik etdiyi üçün layiq olduğu hər şeyi alacaq”.

“Financial Times”ın mənbəsinə görə, keçmiş maliyyə naziri Consona istefa vermə planı barədə əvvəlcədən xəbərdarlıq etməməkdə də ittiham olunur.

Başqa bir mənbə Sunakın baş nazir postuna çata bilməyəcəyini söyləyib.

Conson hökumətində istefa verən ilk nazirlərdən biri olan Rişi Sunak Mühafizəkarlar Partiyasının lideri və baş nazir postlarına namizədliyini irəli sürəcəyini açıqlayıb.

Gununsesi.info