BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana qonaqlar gəlməyə davam edir.
Gununsesi.info xəbər verir ki, qonaqların əksəriyyəti Bakıya ilk dəfə gəldiklərini vurğulayaraq xoş təəssüratlarla ayrılacaqlarına ümid edirlər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqların mənzil başına çatdırılması üçün eksspress avtobuslar və taksilərdə gücləndirilmiş iş rejimi təşkil olunub.
O cümlədən təhlükəsizliyin təmin olunması üçün polis gücləndirilmiş rejimdə çalışır.
Qeyd edək ki, gələn qonaqlar bələdçilərin köməkliyi ilə ictimai nəqliyyat vasitələrinə yönləndirilir.