COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib

  • By ilhame
  • 12 İyul 2024 19:26

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) komandası Macarıstanın paytaxtı Budapeştdə ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

 

“Budapeştdə keçirilən ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə COP29 komandası qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq üçün erkən tədbirlərin əhəmiyyətindən və noyabrda keçiriləcək iqlim konfransı öncəsi strateji prioritetlərdən danışıb”, – paylaşımda qeyd edilib.

Gununsesi.info