“COP29-la əlaqədar ölkədə nəqliyyat və digər məhdudiyyətlər qaçılmazdır”

“Milli Məclisin müzakirə olunan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu məsələsi ilə bağlı hesab edirik ki, Konstitusiyanın 98-1-ci maddəsi parlamentin bu məsələ ilə bağlı müraciət etmək hüququnu məhdudlaşdırmır.

 

Bu da nəzərə alınmalıdır ki, Milli Məclisin qərarında qeyd olunduğu kimi, COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır”.

 

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib.

 

O bildirib ki, bu baxımdan seçkilərin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakını təmin edəcək. Beləliklə, Konstitusiyanın 56-cı maddəsində təsbit edilmiş vətəndaşların seçki hüququna təminat veriləcək. Bu, eyni zamanda, deputatlığa namizədlərin seçkiqabağı təşviqatı rahat şəkildə aparmalarına imkan yaratmalıdır.

 

 

 

Gununsesi.info