COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib -Fotolar

  • By ilhame
  • 05 Avqust 2024 22:13

COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qırğızıstanlı nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

 

“COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-dan əvvəl Qırğız Respublikasından olan nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini və iqlimlə bağlı tədbirlərə ehtiyacı müzakirə edib”, – paylaşımda qeyd olunub.

 

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib.

Gununsesi.info