COP29-un sadəcə noyabrın 11-dən 22-dən keçiriləcək tədbir kimi görülməsini istəmirəm - Muxtar Babayev

  • By ilhame
  • 17 Sentyabr 2024 22:20

COP29-un sadəcə noyabrın 11-dən 22-dək keçiriləcək tədbir kimi qəbul olunmasını istəmirəm, çünki bu, böyük danışıqlar prosesidir.

 

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində söyləyib.

 

“İnanırıq ki, ölkələr üçün yaratdığımız şərait danışıqların müsbət nəticəyə gətirilməsi üçün yaxşı bir təkan olacaq. Çox çətin mövzudur. Maliyyə mövzusu həmişə mürəkkəb mövzusu olub. Tərəflər bu ili çox kritik il kimi qiymətləndirirlər. Tərəflərin konsensusa gətirilməsi üçün böyük bir hazırlıq prosesi gedir. Ona görə də mən istərdim ki, bu forum noyabrın 11-dən 22-dək keçiriləcək tədbir kimi qəbul olunmasın”, – Muxtar Babayev vurğulayıb.

 

“Bu, böyük bir danışıqlar prosesidir. Bütün kateqoriyalar, bütün ölkələr, bütün beynəlxalq təşkilatlar, bütün beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyətləri və s. qurum və təşkilatların iştirakı üçün böyük bir platforma yaradılıb”, – nazir əlavə edib.

Gununsesi.info