“Çörəkpulu üçün lazım idi…” -Putin etiraf etdi

  • By admin
  • 12 Dekabr 2021 20:22
Rusiya prezidenti Putin bildirib ki, 1990-cı illərdə taksi sürücüsü işləyib.
Gununsesi.info bildirir ki, o bu barədə “Rossiya” telekanalında efirə gedəcək “Yeni tarix” filmindəki müsahibəsində açıqlayıb.
“Bəzən əlavə qazanc üçün taksidə çalışırdım. Bu barədə danışmaq xoş deyil, amma olub”-deyə Putin vurğulayıb.
2018-ci ildə “Putin” filmi üçün müsahibəsində də prezident 1990-cı illərdə taksi sürücüsü işləmək niyyətinə düşdüyünü demişdi. O etiraf etmişdi ki, Anatoli Sobçakın qubernator seçkilərini uduzacağı təqdirdə çörəkpulu üçün bu imkanı düşünüb.
“Zarafat eləmirəm. Nə etmək olardı? İki balaca körpə uşağım var idi”-deyə o, qeyd edib.
Gununsesi.info